İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı "Hizbullah"a məxsus silah istehsalı müəssisəsinə hava hücumu həyata keçirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Livanın cənubundakı Bir əl-Sansal bölgəsində yerləşən müəssisədə silahlıların fəaliyyəti aşkarlanıb.
Livan mediasının məlumatına görə, zərbə nəticəsində bir neçə nəfər yaralanıb.
İsrail ordusu həmçinin Bekaa bölgəsində silahlıların hərbi infrastrukturuna zərbələr endirib.
"Cebheinfo.az"