Bakı. Trend:
İngiltərə Premyer Liqasında XXIII turun mərkəzi oyunukeçirilib.
Trend xəbər verir ki, turnircədvəlinin lideri "Arsenal" doğma meydanda "Mançester Yunayted"ləqarşılaşıb. Gərgin və maraqlı keçən görüş qonaqların 3:2 hesablıqələbəsi ilə yekunlaşıb.
London təmsilçisi 50 xalla liderliyini davam etdirir. "Qırmızışeytanlar" isə 38 xalla dördüncü pilləyə yüksəlib.