EN

Cokoviç Federeri geridə qoydu

“Böyük dəbilqə” turnirlərinin 24 qat qalibi Novak Cokoviç karyerasında 16-cı dəfə “Australian Open” turnirinin 1/4 final mərhələsinə yüksəlib. Bununla da serb tennisçi bu göstəricidə isveçrəli Rodcer Federeri geridə qoyub.

İdman.Biz xəbər verir ki, Cokoviç turnirin dördüncü mərhələsində çexiyalı Yakub Menşik matçdan çəkildikdən sonra 1/4 finalın iştirakçısı olub. Bu nəticə serb tennisçiyə turnir tarixində yeni rekord qazandırıb.

Qeyd edək ki, Rodcer Federer karyerası ərzində “Australian Open” 15 dəfə 1/4 final mərhələsində çıxış edib. İsveçrəli tennisçi sonuncu dəfə 2019-cu ildə bu mərhələyə yüksələrək amerikalı Tennys Sandqreni beş setlik gərgin oyunda məğlub etmişdi.

“Australian Open - 2026”da yarımfinala vəsiqə uğrunda Novak Cokoviç ABŞ təmsilçisi Teylor Frits ilə italiyalı Lorenzo Muzettinin görüşünün qalibi ilə qarşılaşacaq.

İdman.Biz
Chosen
39
1
idman.biz

2Sources