EN

Dəməşq kürdləri atəşkəs rejimini pozmaqda ittiham edib

Suriya ordusunun məlumatına görə, SDQ Ayn əl-Ərəb bölgəsində mövqelərə dronlarla hücum edib, mülki şəxslər xəsarət alıb...

Kürd silahlı birləşmələri - “Suriya Demokratik Qüvvələri” (SDQ) atəşkəs razılaşmasını pozaraq Ayn əl-Ərəb bölgəsində Suriya Ərəb Ordusunun mövqelərinə hücum edib. Poliqon xəbər verir ki, bu barədə Suriya ordusunun komandanlığının mətbuat xidməti SANA agentliyinə açıqlama verib.

Hərbçilərin bildirdiyinə görə, hücum zamanı kürd qüvvələri 25-dən çox FPV tipli drondan istifadə edib. Nəticədə Suriya ordusuna məxsus dörd hərbi nəqliyyat vasitəsi məhv edilib. Bundan əlavə, SDQ M4 magistral yolu və ona bitişik kəndlərə bir neçə zərbə endirib, hücumlar zamanı bir neçə mülki şəxs xəsarət alıb.

Suriya ordusunun mətbuat xidməti vurğulayıb ki, baş verən hücumlarla bağlı cavab tədbirləri nəzərdən keçirilir və vəziyyətin gedişindən asılı olaraq zəruri addımlar atılacaq.

Xatırladaq ki, Suriya ordusu ilə kürd silahlı dəstələri arasında toqquşmalar 2025-ci ilin dekabr ayının sonunda yenidən başlamışdı. Yanvarın 18-də tərəflər müvəqqəti atəşkəs haqqında razılaşma imzalamışdı. Bir gün əvvəl isə bu atəşkəs ABŞ-nin İraqa İŞİD (İslam Dövləti) üzvlərinin çıxarılması üzrə əməliyyatının başa çatdırılmasına şərait yaratmaq məqsədilə daha 15 gün uzadılmışdı. Qeyd edək ki, İŞİD Rusiyada terror təşkilatı kimi tanınıb və qadağan edilib.

Poliqon.info

Chosen
28
poliqon.info

1Sources