Milli Məclisin 2026-cı il yaz sessiyasının başlayacağı tarix məlum olub.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Konstitusiyaya uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir, payız sessiyası isə sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Sentyabrın 30-u və fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
2026-cı il sentyabrın 30-u və fevralın 1-i müvafiq olaraq bazar və çərşənbə təsadüf edir.
Buna görə Milli Məclisin 2026-cı il yaz sessiyası fevralın 2-si - bazar ertəsi günü öz işinə başlayacaq.