AZ

Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq

Milli Məclisin 2026-cı il yaz sessiyasının başlayacağı tarix məlum olub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Konstitusiyaya uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir, payız sessiyası isə sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Sentyabrın 30-u və fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

2026-cı il sentyabrın 30-u və fevralın 1-i müvafiq olaraq bazar və çərşənbə təsadüf edir.

Buna görə Milli Məclisin 2026-cı il yaz sessiyası fevralın 2-si - bazar ertəsi günü öz işinə başlayacaq.

Seçilən
110
20
day.az

10Mənbələr