EN

Argentina millisinin müdafiəçisi DÇ-2026-nı buraxa bilər

“Vilyarreal”ın və Argentina yığmasının müdafiəçisi Xuan Foyt sıradan çıxıb.

Msport.az xəbər verir ki, İspaniya La Liqasının XXI turunda “Real”a qarşı keçirilən matçda (0:2) sol ayağından ağır zədə alan futbolçu yaxın vaxtlarda əməliyyat olunacaq.

Bu fonda futbolçunun DÇ-2026-nı buraxmaq ehtimalı yüksəkdir. Bu cür zədələrdən sonra bərpa müddəti adətən 6-9 ay çəkə bilir. Mundialın 11 iyun – 19 iyul tarixlərində keçiriləcəyini nəzərə alsaq, Foytun turnirə qədər tam hazır olması sual altına düşüb.

Qeyd edək ki, cari mövsümdə “Vilyarreal”ın forması ilə bütün turnirlərdə 17 matça çıxan Foyt Argentina millisinin heyətində DÇ-2022-nin və Finalissimanın qalibi olub, həmçinin 2019-cu ildə Amerika Kubokunda bürünc medal qazanıb.

Chosen
77
3
msport.az

4Sources