EN

Meksikada naməlum şəxslərin hücumu nəticəsində 11 nəfər öldürülüb

Quanaxuato ştatında baş verən silahlı hücumda onlarla insan xəsarət alıb...

Poliqon xəbər verir ki, Meksikanın Quanaxuato ştatında yerləşən Loma-de-Florəs icmasında naməlum silahlı şəxslərin hücumu nəticəsində 11 nəfər həlak olub, daha 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yucatan agentliyinin məlumatına görə, hücum yanvarın 25-i gündüz saatlarında futbol meydançasının yaxınlığında yerləşən bir evə edilib.

Hadisə yerinə bələdiyyə polisi, ordu bölmələri və Milli Qvardiya cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınları ilə Salamanqa bələdiyyəsinin inzibati mərkəzində yerləşən xəstəxanalara çatdırılıb. Təhlükəsizlik qüvvələri şəhər ətrafında hücumu törədən şəxslərin axtarışını davam etdirir.

Salamanqa bələdiyyə administrasiyası baş verən kütləvi qətl hadisəsini kəskin şəkildə pisləyib. Bildirilib ki, cinayətin araşdırılması Quanaxuato ştatının Baş Prokurorluğu tərəfindən aparılacaq. Rəsmi qurumlar hadisənin motivləri və təqsirkarların kimliyinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirlərini gücləndirib.

Poliqon.info

Chosen
32
poliqon.info

1Sources