EN

Ölkədə uşaq sayı niyə azalıb? -Əsas səbəbli sədr AÇIQLADI

Əvvəllər dünyada hər üç uşaqdan biri qeysəriyyə kəsiyi ilə doğulurdusa, artıq Azərbaycanda da bu tendensiya artmaqdadır. Qeysəriyyə doğuşları doğulan uşaq sayını məhdudlaşdırır. Belə ki, uşaqlıq üzərində yaranan çapıq toxuma, adətən, maksimum üç hamiləliyə imkan verir. Çapığın yetərsizliyi, patoloji cift gəlişləri və ciftlərin bitişməsi həm uşaq sayının azalmasına, həm də dolayı yolla ana ölümlərinə səbəb olur.

Bunumüsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli bildirib.

Onun sözlərinə görə, müasir, qloballaşan dünyada bir çox inkişaf etmiş ölkələrdə doğulan uşaq sayında azalma müşahidə olunur:

“Elə ölkələr var ki, burada əhali artımı kritik səviyyədə enib və əhalinin yaşlanması prosesi gedir. Bu olduqca ciddi problemdir. Lakin səbəblər yalnız tibbi amillərlə məhdudlaşmır. Gec ailə qurmaq, cərrahi doğuşlara üstünlük verilməsi və sosial məsələlər də bu prosesə təsir göstərir. Ailədə bir və ya iki uşağa üstünlük verilməsi də əsas səbəblər sırasındadır.

Chosen
62
2
aznews.az

3Sources