EN

Sumqayıtda bir gündə 4 nəfər dəm qazından zəhərləndi

Sumqayıtda dəm qazından zəhərlənmə halları qeydə alınıb.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən xəbərinə görə, şəhərin müxtəlif ərazilərində baş verən hadisələr nəticəsində bir neçə nəfər dəm qazından zəhərlənib.

Məlumata görə, Sumqayıt şəhərinin 18-ci məhəllə ərazisində 1987-ci il təvəllüdlü Məmmədova Gültəkin Nofəl qızı hamam otağında dəm qazından zəhərlənib. Zərərçəkənin vəziyyəti orta-ağır qiymətləndirilir. O, hazırda Sumqayıt şəhər Travmatologiya şöbəsinin təcili yardım bölməsində müalicə alır.

Digər hadisə 18-ci mikrorayon ərazisində qeydə alınıb. 1975-ci il təvəllüdlü Qurbanova Röya Vilayət qızı hamam otağında dəm qazından zəhərlənib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Zərərçəkən Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Bundan başqa, Sumqayıt şəhər 23-cü məhəllə, Katej ərazisində yaşayan 1993-cü il təvəllüdlü Mikayılzadə Elvin İsa oğlu da hamam otağında dəm qazından zəhərlənib. Vəziyyətinin orta olduğu bildirilir. O, Sumqayıt şəhər Travmatologiya şöbəsinin təcili yardım bölməsində müalicə olunur.

Daha bir hadisə isə Sumqayıt şəhər 20-ci məhəllədə baş verib. 2008-ci il təvəllüdlü Rəhimli Nərmin Seymur qızı hamam otağında dəm qazından zəhərlənib. Vəziyyətinin yüngül olduğu bildirilir. O, Sumqayıt şəhər Uşaq Xəstəxanasına yerləşdirilib.

Faktlarla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Chosen
46
4
bakivaxti.az

5Sources