AZ

Sumqayıtda bir gündə 4 nəfər dəm qazından zəhərləndi

Sumqayıtda dəm qazından zəhərlənmə halları qeydə alınıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, şəhərin müxtəlif ərazilərində baş verən hadisələr nəticəsində bir neçə nəfər dəm qazından zəhərlənib.

Məlumata görə, Sumqayıt şəhərinin 18-ci məhəllə ərazisində 1987-ci il təvəllüdlü Məmmədova Gültəkin Nofəl qızı hamam otağında dəm qazından zəhərlənib. Zərərçəkənin vəziyyəti orta-ağır qiymətləndirilir. O, hazırda Sumqayıt şəhər Travmatologiya şöbəsinin təcili yardım bölməsində müalicə alır.

Digər hadisə 18-ci mikrorayon ərazisində qeydə alınıb. 1975-ci il təvəllüdlü Qurbanova Röya Vilayət qızı hamam otağında dəm qazından zəhərlənib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Zərərçəkən Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Bundan başqa, Sumqayıt şəhər 23-cü məhəllə, Katej ərazisində yaşayan 1993-cü il təvəllüdlü Mikayılzadə Elvin İsa oğlu da hamam otağında dəm qazından zəhərlənib. Vəziyyətinin orta olduğu bildirilir. O, Sumqayıt şəhər Travmatologiya şöbəsinin təcili yardım bölməsində müalicə olunur.

Seçilən
20
4
publika.az

5Mənbələr