EN

İran rejiminin varlığına son qoyulacaq



İranda bir müddət əvvəl baş verən aksiyalar fonunda Birləşmiş Ştatların bu ölkəyə zərbələr endirəcəyi, Tehrana qarşı hərbi əməliyyatların başlayacağı proqnozlaşdırılsa da, Ağ Ev rəhbəri Trampın hələlik cənub qonşumuzdakı prosesləri izlədikləri barədə mesajı hərbi əməliyyat mümkünlüyünü arxa plana keçirdi. Ancaq son günlər İranın yenidən hərbi yolla cəzalandırılması məsələsinə diqqət ayrılıb. İndi ABŞ-dan daha çox İsrail bunu istəyir. Bəs görəsən bu, indiki halda nə dərəcədə mümkündür?

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı açıqlama verən ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımovun qənaətincə, İran rejimi artıq dəyişməlidir ki, İsrailin varlığına təhdid aradan qalxsın:

"İran rejiminin dəyişməsinin vacibliyi onların öz xalqına son iğtişaşlarda etdiklərindən sonra ABŞ-ın atacağı addımlara daha çox haqq qazandırır. Hesab edirəm ki, İran rejimi üçün halqa daralıb və bu rejimin varlığına son qoyulacaq".

Süleyman
Chosen
15
newscenter.az

1Sources