EN

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müsahibə elan etdi

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində aşağıdakı vakant vəzifələrin tutulması üçün müsahibə elan edir.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. İmam vəzifəsi üzrə:1. Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi “Şeyx Sədrəddin Badikubi” məscidi – 1 yer2. Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbə məscidi – 1 yer3. Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, “Şamlı” məscidi – 1 yer4. Bakı şəhəri, Yasamal rayonu “Yasamal Hüseyniyyəsi” ibadət evi – 1 yer5. Qusar şəhəri “Mustafa Kazdal” məscidi – 1 yer6. Siyəzən rayonu Sədan kəndi “Cümə” məscidi – 1 yer7. Şirvan şəhəri "Zeynəlabidin" məscidi – 1 yer8. Şirvan şəhəri “Cümə” məscidi – 1 yer9. Salyan şəhəri “Beytül Əli” məscidi – 1 yer10. Salyan rayonu Xıdırlı kənd məscidi – 1 yer11. Biləsuvar şəhəri “İmam Zaman” məscidi – 1 yer12. Şəki rayonu Şin kənd məscidi – 1 yer13. Gəncə şəhər “Qırıxlı” məscidi – 1 yer14. Kürdəmir rayonu Sığırlı kənd “Fatimeyi Zəhra” məscidi – 2 yer15. İsmayıllı rayonu Lahıc qəsəbəsi “Bədöyün” məscidi – 1 yer16. Astara rayonu Sım kənd məscidi – 1 yer17. İmişli şəhəri “İmam Əli” məscidi – 1 yerİmam müavini vəzifəsi üzrə:1. Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi “Cümə” məscidi – 1 yer2. Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbə məscidi – 1 yer3. Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsi “Cümə” məscidi – 1 yer4. Bakı şəhəri Binəqədi rayonu Əliçıraq yaşayış massivi “Əliçıraq” məscidi – 1 yer5. Xızı şəhər məscidi – 1 yer6. Abşeron rayonu Görədil qəsəbəsi “Əbdürrəhman” məscidi – 1 yer7. Quba şəhəri "Ağ məscid" məscidi – 1 yer8. Xaçmaz rayonu Xudat şəhər “İmam Hüseyn” məscidi – 1 yer9. Xaçmaz rayonu Pirquluoba kənd məscidi – 1 yer10. Qusar rayonu Mucuq-oba kənd məscidi – 1 yer11. Mingəçevir şəhəri “Zəhra” məscidi – 1 yer12. Sabirabad rayonu Qaratuğay kənd (2) məscidi – 1 yer13. Saatlı rayonu Seyidlər kənd məscidi – 1 yer14. İmişli şəhəri "İmam Zaman" məscidi – 1 yer15. Lənkəran rayonu Liman şəhər “Cümə” məscidi – 1 yer16. Lənkəran rayonu Viyən kənd məscidi – 1 yer17. Astara rayonu Şahağacı kənd məscidi – 1 yer18. Lerik rayonu Livədirqə kənd məscidi – 1 yer19. Hacıqabul şəhəri “Hacı Yadulla” məscidi – 1 yer20. Neftçala rayonu Bankə qəsəbəsi “Həzrət Əli” məscidi – 1 yer21. Masallı rayonu Sığdaş kənd məscidi – 1 yer22. Cəlilabad rayonu Uzuntəpə kəndi “Əbəlfəz” məscidi – 1 yer23. Yardımlı rayonu Ostayır kənd məscidi – 1 yer24. Qəbələ rayonu Bunud kənd məscidi – 1 yer25. Balakən rayonu Yeni Şərif kəndi "Mərkəzi" məscidi – 1 yer26. Qax rayonu Tasmalı kəndi "Cümə" məscidi – 1 yer27. Zərdab rayonu Qoruqbağı kənd məscidi – 1 yer28. Ucar rayonu Qazıqumlaq kəndi "Həzrəti Osman" məscidi – 1 yer29. Şamaxı rayonu Mərzəndiyə kəndi “Şikar” məscidi – 1 yer 30. Ağsu rayonu Ərəbuşağı kənd məscidi – 1 yer31. Qobustan rayonu Ərəbşalbaş kəndi "Hacı Gülmalı" məscidi – 1 yerDini ayinlərin icraçısı vəzifəsi üzrə:1. Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi “Qədim Cümə” məscidi – 1 yer2. Quba rayonu İspik kənd məscidi – 1 yer3. Ağdaş rayonu Yuxarı Ləki kəndi “Məhəmmədəli” məscidi – 1 yer4. Ağdaş rayonu Ərəbocaq kənd məscidi – 1 yer5. Bərdə şəhəri “İmamzadə” məscidi – 1 yer6. Biləsuvar rayonu Çaylı kənd məscidi – 1 yer7. Zaqatala rayonu Lahıc kənd məscidi – 1 yer8. Zərdab rayonu Əlibəyli kənd məscidi – 1 yer9. Göyçay rayonu Mallı-Şıxlı kənd məscidi – 1 yerQadın dini ayinlərin icraçısı vəzifəsi üzrə:1. Bakı şəhəri, Yasamal rayonu “Yasamal Hüseyniyyəsi” ibadət evi – 1 yer2. Bərdə şəhəri “Cümə” məscidi – 1 yer3. Yevlax şəhəri “Cümə” məscidi – 1 yer4. Qəbələ şəhəri “Səkkizguşəli” məscidi – 1 yerMüsahibədə iştirak etmək istəyən namizədlər 26 yanvar 2026-cı il saat 9:00-dan 25 fevral 2026-cı il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada [email protected] adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 16, AZ 1001) təqdim etməlidirlər:- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;- Tərcümeyi-hal;- Dini ali və ya orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;- Sağlamlıq haqqında arayış;- Narkoloji dispanserdən arayış;- Ruhi-əsəb dispanserindən arayış;- Məhkumluq barədə arayış;- Foto (3x4) (4 ədəd);- Ərizə.Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcəkdir.Müsahibədə uğur qazanmış namizəd yalnız sənədlərini təqdim etdiyi vakant vəzifəyə təyinat ala bilər.Əlaqə nömrəsi:

(+994) 55 202 84 74

Chosen
75
8
metbuat.az

10Sources