AZ

İmam olmaq istəyənlər üçün müsahibə ELAN EDİLDİ

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib.Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, vakant vəzifələr aşağıdakılardır:İmam vəzifəsi üzrə:1. Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi “Şeyx Sədrəddin Badikubi” məscidi – 1 yer2. Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbə məscidi – 1 yer3. Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, “Şamlı” məscidi – 1 yer4. Bakı şəhəri, Yasamal rayonu “Yasamal Hüseyniyyəsi” ibadət evi – 1 yer5. Qusar şəhəri “Mustafa Kazdal” məscidi – 1 yer6. Siyəzən rayonu Sədan kəndi “Cümə” məscidi – 1 yer7. Şirvan şəhəri "Zeynəlabidin" məscidi – 1 yer8. Şirvan şəhəri “Cümə” məscidi – 1 yer9. Salyan şəhəri “Beytül Əli” məscidi – 1 yer10. Salyan rayonu Xıdırlı kənd məscidi – 1 yer11. Biləsuvar şəhəri “İmam Zaman” məscidi – 1 yer12. Şəki rayonu Şin kənd məscidi – 1 yer13. Gəncə şəhər “Qırıxlı” məscidi – 1 yer14. Kürdəmir rayonu Sığırlı kənd “Fatimeyi Zəhra” məscidi – 2 yer15. İsmayıllı rayonu Lahıc qəsəbəsi “Bədöyün” məscidi – 1 yer16. Astara rayonu Sım kənd məscidi – 1 yer17. İmişli şəhəri “İmam Əli” məscidi – 1 yerİmam müavini vəzifəsi üzrə:Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi “Cümə” məscidi – 1 yerBakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbə məscidi – 1 yerBakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsi “Cümə” məscidi – 1 yerBakı şəhəri Binəqədi rayonu Əliçıraq yaşayış massivi “Əliçıraq” məscidi – 1 yerXızı şəhər məscidi – 1 yerAbşeron rayonu Görədil qəsəbəsi “Əbdürrəhman” məscidi – 1 yerQuba şəhəri "Ağ məscid" məscidi – 1 yerXaçmaz rayonu Xudat şəhər “İmam Hüseyn” məscidi – 1 yerXaçmaz rayonu Pirquluoba kənd məscidi – 1 yerQusar rayonu Mucuq-oba kənd məscidi – 1 yerMingəçevir şəhəri “Zəhra” məscidi – 1 yerSabirabad rayonu Qaratuğay kənd (2) məscidi – 1 yerSaatlı rayonu Seyidlər kənd məscidi – 1 yerİmişli şəhəri "İmam Zaman" məscidi – 1 yerLənkəran rayonu Liman şəhər “Cümə” məscidi – 1 yerLənkəran rayonu Viyən kənd məscidi – 1 yerAstara rayonu Şahağacı kənd məscidi – 1 yerLerik rayonu Livədirqə kənd məscidi – 1 yerHacıqabul şəhəri “Hacı Yadulla” məscidi – 1 yerNeftçala rayonu Bankə qəsəbəsi “Həzrət Əli” məscidi – 1 yerMasallı rayonu Sığdaş kənd məscidi – 1 yerCəlilabad rayonu Uzuntəpə kəndi “Əbəlfəz” məscidi – 1 yerYardımlı rayonu Ostayır kənd məscidi – 1 yerQəbələ rayonu Bunud kənd məscidi – 1 yerBalakən rayonu Yeni Şərif kəndi "Mərkəzi" məscidi – 1 yerQax rayonu Tasmalı kəndi "Cümə" məscidi – 1 yerZərdab rayonu Qoruqbağı kənd məscidi – 1 yerUcar rayonu Qazıqumlaq kəndi "Həzrəti Osman" məscidi – 1 yerŞamaxı rayonu Mərzəndiyə kəndi “Şikar” məscidi – 1 yerAğsu rayonu Ərəbuşağı kənd məscidi – 1 yerQobustan rayonu Ərəbşalbaş kəndi "Hacı Gülmalı" məscidi – 1 yerDini ayinlərin icraçısı vəzifəsi üzrə:Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi “Qədim Cümə” məscidi – 1 yerQuba rayonu İspik kənd məscidi – 1 yerAğdaş rayonu Yuxarı Ləki kəndi “Məhəmmədəli” məscidi – 1 yerAğdaş rayonu Ərəbocaq kənd məscidi – 1 yerBərdə şəhəri “İmamzadə” məscidi – 1 yerBiləsuvar rayonu Çaylı kənd məscidi – 1 yerZaqatala rayonu Lahıc kənd məscidi – 1 yerZərdab rayonu Əlibəyli kənd məscidi – 1 yerGöyçay rayonu Mallı-Şıxlı kənd məscidi – 1 yerQadın dini ayinlərin icraçısı vəzifəsi üzrə:Bakı şəhəri, Yasamal rayonu “Yasamal Hüseyniyyəsi” ibadət evi – 1 yerBərdə şəhəri “Cümə” məscidi – 1 yerYevlax şəhəri “Cümə” məscidi – 1 yerQəbələ şəhəri “Səkkizguşəli” məscidi – 1 yerMüsahibədə iştirak etmək istəyən namizədlər 26 yanvar 2026-cı il saat 9:00-dan 25 fevral 2026-cı il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada [email protected] adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 16, AZ 1001) təqdim etməlidirlər:- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;- Tərcümeyi-hal;- Dini ali və ya orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya

bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;- Sağlamlıq haqqında arayış;- Narkoloji dispanserdən arayış;- Ruhi-əsəb dispanserindən arayış;- Məhkumluq barədə arayış;- Foto (3x4) (4 ədəd);- Ərizə.Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

 

Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcəkdir.

Müsahibədə uğur qazanmış namizəd yalnız sənədlərini təqdim etdiyi vakant vəzifəyə təyinat ala bilər.Əlaqə nömrəsi: (+994) 55 202 84 74Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
8
bizim.media

10Mənbələr