EN

Bakıda məşhur hoteldə qətl - Ofisiant öldürüldü

Bakıda hoteldə qətl törədilib.

Ucnoqta.az qafqazinfo-ya istanadla xəbər verir ki, hadisə yanvarın 25-i saat 19 radələrində “Ağ şəhər” bulvarında yerləşən “Boulevard Hotel”də qeydə alınıb.

Belə ki, hoteldə ofisiant işləyən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü  Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.

Hadisənin hotelin digər ofisiantı, Abşeron sakini, 1992-ci il təvəllüdlü Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

S.Manafov polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı cinayət işi başlanıb. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

Chosen
158
20
ucnoqta.az

10Sources