EN

Azərbaycandan Çinə ixrac imkanları genişləndirilir

Hesabat ilində Çinə bitkiçilik məhsullarından fındıq və badamın ixracı üçün müvafiq icazələr əldə olunub. Eyni zamanda quş əti, akvakultura və yabanı dəniz məhsulları, eləcə də alma, xurma, nar, zəfəran və albalı kimi bitkiçilik məhsulları üzrə ixrac icazələrinin alınması istiqamətində qarşı tərəflə intensiv danışıqlar və işlər aparılır. Bundan əlavə, 2025-ci il 20 oktyabr tarixində Agentliyin Çinin CIFER (Çinə Qida Məhsulları İdxal edən Müəssisələrin Qeydiyyatı Sistemi) sistemində qeydiyyatı uğurla tamamlanıb və Agentliyə giriş məlumatları təqdim edilib. Bu isə Azərbaycan sahibkarlarının həmin sistemdə qeydiyyatının Agentlik tərəfindən təsdiqlənməsini mümkün edir.

Bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə Agentliyin sədr müavini Əziz Şərifov səsləndirib.

AQTA-nın sədr müavini Əziz Şərifov media nümayəndələrinin diqqətinə çatdırıb ki, Azərbaycandan İsrailə dondurma, makaron məmulatları, alkoqollu içkilər, meyvə şirələri bir sıra məhsulların ixracı üzrə icazələrin davamlılığı təmin edilib. Hazırda isə alma, armud, şaftalı, nektarin, heyva kimi bitkiçilik məhsulları və eyni zamanda baytarlıq nəzarətində olan ərzaqlıq yumurta, balıq, ət və süd məhsullarının  ixracı üzrə icazələrin əldə olunması istiqamətində qarşı tərəf ilə intensiv işlər aparılır.

Yüksək riskli məhsullar hesab edilən balıq kürüsü, ərzaqlıq və damazlıq yumurtanın BƏƏ-yə ixracının davamlılığı təmin edilib, BƏƏ-nin nümayəndələri keçirilən görüşlərin və aparılan işlərin nəticəsi olaraq, ət və ət məhsulları, süd və süd məhsulları, dəniz məhsulları, bal və digər arıçılıq məhsulları üzrə baytarlıq sertifikatları razılaşdırılıb, həmin məhsulların eləcə də diri iri və xırda buynuzlu heyvanların ixracı üzrə müvafiq razılıq əldə olunub.  Qeyd edək ki, bu tədbirlər Azərbaycan sahibkarlarının fəaliyyətini daha da stimullaşdırır.

Yaqut Ağaşahqızı “İki sahil”

Chosen
114
ikisahil.az

1Sources