EN

“ABŞ-nin İrana mümkün hücumu regionda ciddi qeyri-sabitlik yaradacaq” - Peskov

“ABŞ-nin İrana mümkün hücumu regionda ciddi qeyri-sabitlik yaradacaq”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

"Bu, şübhəsiz ki, regionda vəziyyəti ciddi şəkildə poza biləcək daha bir addım deməkdir", - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, Rusiya gərginliyin azaldılması üçün səylərini davam etdirir.

Peskov qeyd edib ki, Moskva bütün maraqlı tərəflərdən təmkinli olmağı və sülh danışıqlarına diqqət yetirməyi gözləyir.

Daşqın HəsənovMissiya.Az

Chosen
39
missiya.az

1Sources