EN

Azərbaycan idmançısı Polşa turnirində bürünc medal qazandı

Azərbaycanın yeniyetmə qılıncoynadanı Abbas Hüseynov Polşanın Konin şəhərində keçirilən “Cadet Circuit” beynəlxalq turnirində bürünc medal qazanıb.

Sportal.az xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə başa vuran Abbas yeniyetmə oğlan sablyaçıların şəxsi mübarizəsində pley-offda Böyük Britaniya, Fransa, Almaniya və Rumıniya təmsilçilərini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

Abbas Hüseynov finalın bir addımlığında turnirin qalibi fransalı Qael Boujrad-Benauda 14:15 hesabı ilə uduzub.

saytlarin hazirlanmasi

Chosen
18
6
sportal.az

9Sources