EN

350 dən çox sərnişin daşıyan gəmi batıb Azı 15 ölü, 28 itkin var

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Filippinlərin cənubunda bu gün 350-dən çox sərnişin daşıyan “MV Trisha Kerstin 3” gəmisinin batması nəticəsində azı 15 nəfər həlak olub, 28 nəfər isə itkin düşmüş sayılır. Hadisədən 316 nəfər xilas edilib.

AFP agentliyinin məlumatına görə, gəmi Mindanao adasının cənub-qərb ucundakı Zamboanga City limanından yola çıxandan dörd saat sonra, təxminən saat 01:50-də fövqəladə siqnal göndərib.

Filippin Sahil Mühafizəsinin komandiri Romel Duan bildirib: “Hazırda batmanın səbəbini deyə bilmirik, lakin bizə tapşırılıb ki, hadisənin səbəbini araşdırmaq üçün təhqiqat aparaq”. O əlavə edib ki, hazırda bütün diqqət xilasetmə əməliyyatlarına yönəldilib.

Filippinlərdə hər il gəmilərin batması nəticəsində onlarla insan həlak olur.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
azpolitika.info

1Sources