EN

Ötən il İsraildən Azərbaycana təxminən 60 min turist səfər edib - Gideon Saar

Bakı. Trend:

2025-ci ildə İsraildən Azərbaycana təxminən 60 min turist səfəredib.

Trend xəbərverir ki, bunu İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar bugün Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri CeyhunBayramovla birgə keçirilən mətbuat konfransında bildirib.

O, 2026-cı ildə bu göstəricinin artmağa davam edəcəyinəəminliyini ifadə edib.

İsrailin xarici işlər naziri, həmçinin Azərbaycanda özünü rahathiss edən və Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan böyükyəhudi icmasının yaşadığını xatırladıb.

“Azərbaycan və İsrail uzun illərdir ki, xüsusilə iqtisadi sahədəəməkdaşlığı ardıcıl şəkildə inkişaf etdirir. Bu isə ikitərəfliəlaqələrin möhkəmlənməsinə və turizm axınının artmasına töhfəverir”, – deyə G. Saar qeyd edib.

Chosen
85
1
az.trend.az

2Sources