Xatırladaq ki, ötən həftə ərzində hərbi yük daşıyan “C-17A Globemaster III” nəqliyyat təyyarələri Yaxın Şərqə təxminən 20 uçuş həyata keçirib. Düşmənin rabitə, naviqasiya və radar sistemlərini sıxışdırmaq üçün nəzərdə tutulmuş ABŞ-nin “EA-37B” təyyarəsi də Yaxın Şərqdə yerləşdirilib.

“Amerikanın hərbi əməliyyatı zamanı İranın mümkün əks-hücumlarından qorunmaq üçün Yaxın Şərq regionuna “Patriot” zenit-raket kompleksləri və Terminal Yüksək Hündürlük Ərazisindən Müdafiə (THAAD) raketdən müdafiə sistemləri də daxil olmaqla əlavə hava hücumundan müdafiə sistemləri yerləşdirilir”, - amerikalı rəsmilərə istinad edən “The Wall Street Journal (WSJ)” nəşri yazır.
Sahil İsgəndərov
AzVision.az