AZ

ABŞ donanması İran sahillərinə yaxınlaşıb

AzVision.az xəbər verir ki, “Flightradar24” aviasiya portalının məlumatına görə, o cümlədən, ABŞ-dən havaya qalxan hərbi yük daşıyan təyyarələr Amerika qırıcılarının böyük bir qrupunun yerləşdiyi İordaniyadakı “Muvaffaq Salti” və Qətərdəki “Əl-Üdeyd” aviabazalarına, habelə Küveytdəki “Əli Əl-Salem və Səudiyyə Ərəbistanındakı “Şahzadə Sultan” aviabazalarına gəlib.

Xatırladaq ki, ötən həftə ərzində hərbi yük daşıyan “C-17A Globemaster III” nəqliyyat təyyarələri Yaxın Şərqə təxminən 20 uçuş həyata keçirib. Düşmənin rabitə, naviqasiya və radar sistemlərini sıxışdırmaq üçün nəzərdə tutulmuş ABŞ-nin “EA-37B” təyyarəsi də Yaxın Şərqdə yerləşdirilib.


“Amerikanın hərbi əməliyyatı zamanı İranın mümkün əks-hücumlarından qorunmaq üçün Yaxın Şərq regionuna “Patriot” zenit-raket kompleksləri və Terminal Yüksək Hündürlük Ərazisindən Müdafiə (THAAD) raketdən müdafiə sistemləri də daxil olmaqla əlavə hava hücumundan müdafiə sistemləri yerləşdirilir”, - amerikalı rəsmilərə istinad edən “The Wall Street Journal (WSJ)” nəşri yazır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
17
2
azvision.az

3Mənbələr