EN

Stadionda silahlı hücum – 11 nəfər öldü

Meksikanın Quanaxuato ştatında futbol meydançasında azarkeşlər arasında baş verən atışma nəticəsində 11 nəfər ölüb, 12 şəxs yaralanıb.

Msport.az xəbər verir, bu barədə “Jornada” nəşri məlumat yayıb.

Bildirilib ki, şübhəlilərin axtarışı aparılır. İnsidentin motivi hələlik məlum deyil.

Qeyd edək ki, Meksikanın Quanaxuato şəhəri narkotik maddələrin tranziti, satışı ilə gündəmdə olan şəhərdir.

Chosen
45
2
msport.az

3Sources