EN

Ötən il 67 ölkənin vətəndaşı Azərbaycandan çıxarılıb

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycandan 2025-ci il ərzində inzibati qaydada 67 ölkənin vətəndaşının kənara çıxarılması ilə bağlı qərar qəbul edilib.

Ölkə.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılma qərarlarının qəbul edilməsinin səbəbi əsasən ölkə ərazisində olma və yaşama qaydalarının pozulması olub.

Məlumatda o da qeyd olunub ki, qərar qəbul edilərkən əcnəbilərin Azərbaycan ilə hüquqi bağlılığı, törədilmiş xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
9
olke.az

10Sources