AZ

67 ölkənin vətəndaşı Azərbaycandan çıxarıldı

Azərbaycandan 2025-ci il ərzində inzibati qaydada 67 ölkənin vətəndaşının kənara çıxarılması ilə bağlı qərar qəbul edilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılma qərarlarının qəbul edilməsinin səbəbi əsasən ölkə ərazisində olma və yaşama qaydalarının pozulması olub.

Məlumatda o da qeyd olunub ki, qərar qəbul edilərkən əcnəbilərin Azərbaycan ilə hüquqi bağlılığı, törədilmiş xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. (report)

Seçilən
33
9
xezerxeber.az

10Mənbələr