EN

Aleksander-Arnold İngiltərəyə qayıda bilər

“Mançester Siti” “Real”ın sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldla maraqlanır.

Msport.az xəbər verir ki, futbolçunun Madrid klubundakı gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda “şəhərlilər” transfer imkanlarını araşdırır.

İngilis futbolçu “kral klubu”nda heyətdə yer uğrunda mübarizə aparmaqda qərarlıdır. Bununla belə, klub daxilində onun debüt mövsümünün gedişatı müəyyən məyusluq doğurur.

Vasitəçilər “Mançester Siti” ilə ilkin danışıqlar aparıblar. Yay transfer pəncərəsi ərəfəsində sağ cinah müdafiəçisi axtaran İngiltərə təmsilçisi Aleksander-Arnoldun mümkün keçidi üçün ciddi məbləğ ödəməli olacaq.

Qeyd edək ki, Trent Aleksander-Arnold ötən yay “Real”a “Liverpul”dan transfer olunub. Onun klubla mövcud müqaviləsi 2031-ci ilin yayına qədərdir.

Chosen
22
2
msport.az

3Sources