EN

Azərbaycan və İsrail möhkəm siyasi etimad təməlinə malikdir - Mikayıl Cabbarov

Bakı. Trend:

Azərbaycan və İsrail möhkəm siyasi etimad təməlinə malikdir.

Trend xəbər verirki, bunu Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov bu günBakıda keçirilən Azərbaycan-İsrail biznes-forumunda deyib.

“Azərbaycan və İsrail uzun illər ərzində siyasi və institusionalsəviyyələrdə qarşılıqlı fəaliyyət nəticəsində formalaşmış möhkəmsiyasi etimad və konstruktiv dialoq təməlinə malikdir. Qeyd etməklazımdır ki, yüksək səviyyəli təmaslar ikitərəfli münasibətlərinmöhkəmləndirilməsində mühüm rol oynayır. Xüsusilə, ötən həftəDavosda keçirilən Dünya İqtisadi Forumunun çərçivəsində iki ölkəninprezidentlərinin görüşünü qeyd etmək olar. Görüş zamanı tərəflərAzərbaycan–İsrail münasibətlərinin geniş istiqamətlər üzrə ardıcılinkişafını nəzərdən keçirib və əməkdaşlığın daha dagenişləndirilməsi üçün perspektivli imkanları müəyyənləşdiriblər”,– deyə o bildirib.

Onun sözlərinə görə, İsraillə iqtisadi əməkdaşlığındərinləşdirilməsi Azərbaycan üçün strateji prioritet olaraq qalırvə qarşılıqlı maraq doğuran sahələrdə praktik və nəticəyönümlüyanaşma əsasında həyata keçirilir.

M.Cabbarov qeyd edib ki, paralel olaraq ikitərəflimüqavilə-hüquqi bazanın möhkəmləndirilməsi də davam etdirilir.

Məqalədə:
Chosen
101
1
az.trend.az

2Sources