EN

AZPROMO: Azərbaycan-İsrail biznes forumu tərəfdaşlığımızı real iqtisadi nəticələrə çevirmək istiqamətində ortaq sadiqliyimizi nümayiş etdirir

Bakı, 26 yanvar, AZƏRTAC

Azərbaycan-İsrail biznes forumu tərəfdaşlığımızı real iqtisadi nəticələrə çevirmək istiqamətində ortaq sadiqliyimizi nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, AZPROMO Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlığının gücləndirilməsində fəal rol oynamağı hədəfləyir.

“Biz "Bir pəncərə" prinsipi ilə işləyirik və xarici investorlara ilk sorğudan tutmuş layihənin tam icrasına qədər tam dəstək veririk. Eyni zamanda, biz Azərbaycanın ixracını xaricdə təşviq edirik. İxrac missiyaları, beynəlxalq sərgilərdə birgə iştirak, bazar araşdırması və sertifikatlaşdırma dəstəyi daxil olmaqla dəstək mexanizmləri vasitəsilə yerli istehsalçılara yeni bazarlara çıxmağa kömək edirik”, - deyə Y.Abdullayev qeyd edib.

 

Chosen
106
1
azertag.az

2Sources