EN

NATO-nun daşınan HHM sistemləri dost-düşməni ASELSAN texnologiyaları ilə tanıyacaq

NATO-nun Dəstək və Təchizat Agentliyi (NSPA) daşınan hava hücumundan müdafiə sistemləri (MANPADS) üçün ASELSAN şirkətindən dost-düşmən tanıma (IFF) sistemlərinin tədarükünü həyata keçirəcək.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, tədarük prosesi üçillik çərçivə müqaviləsi əsasında icra olunacaq.

IFF sistemləri sahəsində geniş təcrübəyə malik olan və Mode-5 IFF sistemlərini istehsal edə bilən dünyadakı məhdud sayda şirkətlərdən biri kimi tanınan ASELSAN, inkişaf etdirdiyi qabaqcıl mühəndislik həlləri ilə NATO-nun əməliyyat imkanlarının gücləndirilməsinə və beynəlxalq təhlükəsizliyə töhfə verməyə davam edəcək.

Bu müqavilə ASELSAN-ın beynəlxalq müdafiə bazarındakı mövqeyini daha da möhkəmləndirməklə yanaşı, NATO ölkələrinin hava hücumundan müdafiə sistemlərinin bir-biri ilə uyğun və əlaqəli şəkildə işləməsinə də xidmət edəcək.

Chosen
46
poliqon.az

1Sources