Tokio ilə Pekin arasında münasibətlərin pisləşməsi və son illərin ən aşağı nöqtəsinə çatması səbəbindən Yaponiya bu həftə pandaları Çinə qaytarır.
Redaktor.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Heyvanlar sabah yola salınacaq. Bununla da Yaponiya pandasız qalacaq və yeni pandaların peyda olma ehtimalı hazırda çox azdır.
Bu gün Tokionun Ueno Zooparkında pandaları görmək üçün çoxlu sayda insan toplaşıb. Zoopark pandaları görmək istəyən çoxlu insan olduğu üçün ərazidə hər ziyarətçiyə bir dəqiqəlik məhdudiyyət qoyub.
Pekin digÉ™r ölkÉ™lÉ™rÉ™ pandalar tÉ™qdim etsÉ™ dÉ™, bütün balaları da daxil olmaqla, mülkiyyÉ™t hüququnu özündÉ™ saxlayır.Â