EN

Bu ölkədə Nipah virusu ilə əlaqədar səhiyyə tədbirləri gücləndirilib

Bakı. Trend:

Tayland Hindistanın şərqində Nipah virusuna yoluxma hallarınınaşkarlanması ilə əlaqədar səhiyyə sahəsində nəzarətigücləndirib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Ölkənin baş naziri vəzifələrini icra edən Anutin Çanvirakunbildirib ki, hakimiyyət orqanları mümkün yoluxma hallarını müəyyənetmək üçün nəzarət tədbirləri həyata keçirir.

“Hazırda Taylandda Nipah virusuna yoluxma halları qeydəalınmayıb”, – deyə o vurğulayıb.

Taylandın Xəstəliklərə Nəzarət və Profilaktika Departamenti dahaəvvəl bəyan etmişdi ki, krallıqda virusun yayılmasının qarşısınınalınmasına yönəlmiş profilaktik tədbirlərlə həyata keçirilən yüksəkhazırlıq rejimi tətbiq olunur. Epidemioloqlar heyvanlarla təmasdansonra, xüsusilə yarasalarla ünsiyyətdən sonra əllərin diqqətləyuyulmasını, həmçinin üzərində dişləmə izləri görünən yerə düşmüşmeyvələrin yeyilməməsini tövsiyə edirlər.

Hazırda Hindistanın Qərbi Benqal ştatında Nipah virusu ilə bağlıvəziyyət ciddi narahatlıq doğurur: rəsmi mənbələrə görə bu il beşlaboratoriya təsdiqlənmiş yoluxma halı qeydə alınıb və onlarınarasında həkim və tibb bacıları da var, təxminən 100-dən çox şəxskarantinə alınıb. Ölüm sayı ilə bağlı son dəqiq rəqəm hələdəqiqliklə açıqlanmır, lakin bu virusun yüksək ölüm nisbətinə görəəvvəlki epizodlarda yoluxanların çox hissəsi dünyasını dəyişib vəmütəxəssislər təhlükənin ciddiliyini vurğulayırlar.

Məqalədə:
Chosen
106
4
az.trend.az

5Sources