“Sabah”ldan ayrılan Ayaz Quliyevin yeni klubu məlum olub.
Msport.az xəbər verir ki, yarımmüdafiəçi Rusiyanın “Arsenal” klubuna transfer olunub.
Qeyd edək ki, Ayaz Quliyev daha öncə 2021/2022 mövsümündə də Tula komandasının şərəfini qoruyub.
Xatırladaq ki, futbolçu 2023-cü ildən “Sabah”da çıxış edib və bu müddət ərzində komandanın heyətində 54 matça çıxıb.
Ona Azərbaycan pasportu alınsa da, milli komandamızın heyətində debüt edə bilməmişdi.