EN

Qəzzadan bütün girovlar geri qaytarılıb- TRAMP

Ajans.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “TruthSocial” platformasında məlumat paylaşaraq prosesin tamamlandığını elan edib. Ağ Ev rəhbəri paylaşımında sözügedən uğuru yüksək qiymətləndirib: “Beləliklə, 20 girovun hamısını diri və ya ölü vəziyyətdə geri qaytardıq! Möhtəşəm iş! Çoxları bunun qeyri-mümkün olduğunu düşünürdü. Komandamı təbrik edirəm!” Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri (IDF) daha əvvəl məlumat vermişdi ki, qaytarılan şəxs mayor Ran Qvilidir. 24 yaşlı polis xüsusi təyinatlısı 7 oktyabr 2023-cü ildə döyüşdə həlak olub və nəşi qaçırılaraq Qəzzada saxlanılmışdı.

Xatırladaq ki, oktyabrın 9-da İsrail və HƏMAS arasında imzalanan sülh sazişindən sonra Donald Tramp münaqişənin bitdiyini bəyan etmişdi.

Chosen
91
2
Ajans.az

4Sources