Yelena Parxomenko Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə beynəlxalq yarışa təyinat alıb.
Apasport.az xəbər verir ki, o, qadın voleybolçular arasında keçirilən CEV Kubokunun pley-off mərhələsinin oyununda iştirak edəcək.
Parxomenko yanvarın 27-də İstanbulda təşkil olunacaq “Qalatasaray” (Türkiyə) – “Allianz” (Almaniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.
Görüşün baş hakimləri portuqaliyalı Nunu Maia və kiprli Andreas Daniil olacaq.
Azərbaycan Yüksək Liqasında X tura start veriləcək
Qar voleybolu üzrə Azərbaycan Kuboku keçiriləcək
Yüksək Liqa: “Abşeron”dan inamlı qələbə
"Gənclər" "Abşeron"la üz-üzə gələcək
"Azərreyl"dən qələbə