EN

Hindistan və Aİ danışıqları başa çatdırdı

Hindistan və Aİ yeni ticarət sazişi üzrə danışıqları başa çatdırıb.

"Unikal" xəbər verir ki, Hindistanın ticarət katibi Rajeş Aqravval bazar ertəsi bildirib ki, ABŞ-la ticarət münasibətlərinin gərginləşdiyi bir dövrdə bu razılaşma tarixi əhəmiyyət daşıyır.

Bəyanat Aİ-nin yüksək səviyyəli nümayəndələrinin — Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının prezidenti Antonio Koştanın Yeni Dehliyə səfəri fonunda verilib. Onlar həmin gün Hindistanın Respublika Günü paradında da iştirak ediblər.

Aİ-nin ticarət üzrə komissarı Maroş Şefçoviç isə sazişin “tamamlama mərhələsinə çox yaxın” olduğunu bildirib və tərəflərin “son rəqəmləri dəqiqləşdirdiyini” qeyd edib. Onun sözlərinə görə, bu razılaşma Avropa malları və xidmətləri üçün 1,4 milyardlıq bazarın açılması baxımından “bütün sazişlərin anasıdır”.

Gözləntilərə görə, saziş artıq sabah rəsmi şəkildə elan oluna, əlavə hüquqi yoxlamalardan sonra isə imzalana bilər.

Chosen
138
50
unikal.az

10Sources