EN

​İran ABŞ-nin hücumuna hərtərəfli cavab verəcək -

İran ABŞ-nin hər hansı bir hücumuna hərtərəfli cavab verəcək. Metbuat.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi belə açıqlama verib. ABŞ-nin İrana hərbi hücum hazırladığında olması barədə iddialara cavab verən sözçü, İranın öz hərbi gücünə inandığını bildirib. Hərbi qüvvələrin yerləşdirilməsinin və hərbi təhdidlərin beynəlxalq hüququ pozduğunu ifadə edən Bekayinin sözlərinə görə, regiona hərbi gəmilərin yerləşdirilməsi İranın öz varlığını müdafiə etmək iradəsini zəiflətməyəcək.

Qeyd edək ki, ABŞ-nin İran sahillərində hərbi gəmi göndərdiyi və bu ölkəyə hücum edə biləcəyi barədə iddialar dərc edilib.

Chosen
25
metbuat.az

1Sources