EN

Anasını iş yerindən taksi ilə gətirdib bıçaqladı

Sabunçu rayonunun Maştağa qəsəbəsində baş vermiş dəhşətli qətlin təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, yanvarın 24-də 1981-ci il təvəllüdlü Emil Ağayev anası, 1959-cu il təvəllüdlü Həyat Ağayevanı bıçaqlayaraq amansızlıqla qətlə yetirib.

Bildirilib ki, E.Ağayev cinayət günü həyat yoldaşı ilə birlikdə qayınanasıgildə qalıb. Səhər saatlarında öz evinə qayıdan şəxs anasının iş yerinə taksi göndərərək onun evə gəlməsini xahiş edib. H. Ağayeva evə gəldikdə isə oğlu tərəfindən bıçaqlanaraq, qətlə yetirilib.

Qonşuların sözlərinə görə, Ağayevlər ailəsi məhəllədə zəhmətkeş və sakit insanlar kimi tanınıblar:

“Elə bir ailə idilər ki, bu işə heç kim inana bilmir. Çox gözəl ailə idilər. Anası namuslu qadın olub. Emil isə namaz əhli idi. Heç kimin onlardan məhəllədə narazılığı olmayıb. Deyəsən, oğlan oboy evində işləyirdi, anası da toyuq fermasında. Zəhmətkeş qadın idi. Oğlundan savayı, qızı da var idi”.

Chosen
105
3
publika.az

6Sources