EN

Şanlıurfada dilənçilik qadağan edildi


Türkiyənin Şanlıurfa şəhərində dilənçilik etmək, həmçinin, insanları narahat etməklə pul istəmək, avtomobil şüşələrini təmizləmək, dəsmal, gül və oxşar məhsulların satışı qadağan edilib. 
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Şanlıurfa Valiliyi qərar qəbul edib. 
Bundan əlavə, ictimai nəqliyyat vasitələrində, qəbiristanlıqlarda, toy salonlarında, əyləncə məkanlarında və səkilərdə vətəndaşları narahat edən bu cür fəaliyyətlərin yol hərəkəti təhlükəsizliyinə təhlükə yaratdığına görə qarşısı alınacağı bildirilib.
Ümumi sərəncamda həmçinin bildirilib ki, uşaqları, hətta valideynləri və ya qəyyumları ilə birlikdə olsalar belə, zibil və küçələrdən təkrar emal edilə bilən materialların toplanmasına cəlb etmək və onları bu cür fəaliyyətlərə cəlb etmək qadağan olunur.
Chosen
57
1
yeniavaz.com

3Sources