EN

Şirkətinin SƏHLƏNKARLIĞI: İki qız liftdə yanmaqdan son anda QURTULDU – FOTO/VİDEO

Vladivostokda iki qız liftdə diri-diri yanmaq təhlükəsi ilə üzləşib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Vladivostok şəhərində iki gənc qız liftdə olarkən bədbəxt hadisə ilə qarşılaşıb və az qala diri-diri yanacaqdılar.

Hadisə zamanı liftin qapıları açılarkən hər iki qızı alov bürüyüb, daha sonra isə lift ilişib qalıb.

Zərərçəkənlərdən birinin sözlərinə görə, o, üz və bədən nahiyəsindən ciddi yanıq xəsarətləri alıb və təcili olaraq xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı məlum olub ki, yanğına səbəb binadakı zibil borusunun yanında yığılıb qalmış zibil və köhnə mebellərin alışması olub.

Bildirilir ki, həmin tullantılar orada uzun müddətdir qalıb. Sakinlər dəfələrlə İdarəetmə Şirkətinə ərazinin təmizlənməsi üçün müraciət etsələr də, qurum buna heç bir reaksiya verməyib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
31
interpress.az

1Sources