EN

ABŞ Cənubi Koreyanın əsas mallarına rüsumları artırıb

Cənubi Koreya qanunverici orqanı ticarət müqaviləsini təsdiqləmədiyi üçün ölkə daha yüksək tarif tətbiqi ilə üzləşəcək.

"Far.Az"un məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

Ağ Ev rəhbəri bildirib: "Cənubi Koreya qanunverici orqanı tarixi ticarət sazişini qəbul edə bilmədiyi üçün avtomobillərə, taxta materiallarına və əczaçılıq məhsullarına, eləcə də bütün cavab tariflərinə tətbiq olunan tarifləri 15%-dən 25%-ə qaldırıram".

O, Cənubi Koreya Milli Assambleyasının ABŞ ilə bağlanmış müqavilələrin şərtlərini yerinə yetirmədiyinə əminliyini ifadə edib.

Tramp qeyd edib ki, Vaşinqton və Seul 2025-ci ilin iyul ayında ticarət razılaşmalarına nail olub və oktyabr ayında şərtlərini təsdiqləyiblər. "Koreya qanunverici orqanı bunu niyə təsdiqləməyib?" deyə Amerika lideri soruşub.

"Ticarət sövdələşmələrimiz Amerika üçün çox vacibdir. Bu sövdələşmələrin hər birində razılaşdırılmış şərtlərə uyğun olaraq tarifləri azaltmaq üçün tez bir zamanda hərəkətə keçdik. Əlbəttə ki, ticarət tərəfdaşlarımızın da eyni şeyi etməsini gözləyirik".

Chosen
42
far.az

1Sources