EN

Keçmiş məcburi köçkün: Torpaqlarımıza, öz vətənimizə qovuşuruq

"Bu gün sevincimizin həddi-hüdudu yoxdur, torpaqlarımıza, öz vətənimizə qovuşuruq".

"Far.Az" xəbər verir ki, bu sözləri Zəngilan rayonunun Məmmədbəyli kəndinə geri qayıdan keçmiş məcburi köçkün Həsənova Məhbubə söyləyib.

Dörd övladı ilə birgə məcburi köçkünlük həyatı yaşadığını bildirən Həsənova Məhbubə indi daha yaxşı günlərinin başlayacağına əmin olduğunu vurğulayıb.

Keçmiş məcburi köçkün, həmçinin Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edib, şəhidlərə rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb: "Allah Prezidentimizə cansağlığı versin. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bu gün biz doğma yurdumuza qayıdırıq. Buna görə çox sevinirik".

Chosen
90
far.az

1Sources