EN

Liverpul un 5 futbolçusu Qarabağ la oyunu buraxacaq

Apasport portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Liverpul" Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda Azərbaycan "Qarabağ"ına qarşı oyuna bir neçə itki ilə çıxacaq.

Apasport.az xəbər verir ki, "mersisaydlılar"a bu görüşdə zədələr səbəbindən Co Qomes, Aleksander İsak, Konor Bredli və Covanni Leoni kömək edə bilməyəcək. Federiko Kyezanın iştirakı sual altındadır, amma onun meydana çıxma ehtimalı yüksəkdir. Həmçinin İbrahim Konate də oynamayacaq. Belə ki, fransalı futbolçunun atasının keçən həftə vəfat etməsi səbəbindən məşqçi heyəti ona ailəvi səbəblərlə icazə verib.

Qeyd edək ki, "Liverpul" – "Qarabağ" oyunu 28 yanvar Bakı vaxtı ilə saat 00:00-da "Enfild Road" stadionunda keçiriləcək.

“Çelsi” gənc müdafiəçisini geri qaytarıb - RƏSMİ

"Beşiktaş" Temmi Abrahamın transferini rəsmiləşdirib

“Qalatasaray”ın ÇL oyunu ispanlara tapşırılıb

Qvardiola “Qalatasaray”la matçı buraxacaq futbolçuları açıqlayıb

Ceko debüt oyununda tarixə düşdü

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
1
apasport.az

2Sources