Bakı.Trend:
Azərbaycanda turizm artıq təkcə məkanlar və görməli yerlərləməhdudlaşmır. Bu gün ziyarətçi təcrübəsi mədəniyyət, təbiət vəqonaqpərvərlik qədər rəqəmsal bağlantı tərəfindən dəformalaşdırılır.
Trend xəbərverir ki, bu fikirləri Azərbaycan Turizm Bürosunun İdarə Heyətininsədri Florian Zenqstşmid bu gün Bakıda keçirilən AzərbaycanQonaqpərvərlik Sahəsində Bağlantı Sammitində çıxışı zamanıdeyib.
O bildirib ki, bağlantının mövcudluğu və keyfiyyəti insanlarınsəfərlərini necə planlaşdırmasına, qərar verməsinə, məkanlararasında hərəkətinə və xidmətlərlə real vaxt rejimində necə əlaqəqurmasına birbaşa təsir göstərir.
“Azərbaycan üçün bu kontekst son dərəcə aktualdır. Son illərdəölkə rəqəmsal infrastruktur sahəsində mühüm irəliləyiş əldə edib,demək olar ki, universal genişzolaqlı internet əhatəsinə nail olubvə milli rəqəmsal inkişaf təşəbbüslərini irəlilədib. Bu isə təkcəturizmin inkişafı üçün deyil, həm də sabit və yüksək tutumlubağlantının zəruri olduğu beynəlxalq biznes tədbirləri,konfranslar, böyük qlobal toplantılar üçün Azərbaycanın etibarlı vərəqabətqabiliyyətli ev sahibi kimi mövqeləndirilməsi baxımındanmöhkəm zəmin yaradır”.
Florian Zenqstşmid vurğulayıb ki, ölkə üzrə hotellər və tədbirməkanları beynəlxalq tədbir təşkilatçılarını dəstəkləmək də daxilolmaqla, rəqəmsal qonaq xidmətləri və “ağıllı” həllər tətbiqedirlər.
“Eyni zamanda Azərbaycan HOTREC və Hotel Stars Union iləəməkdaşlıq çərçivəsində hotellərin təsnifat sistemini Avropastandartlarına uyğunlaşdırıb. Bununla da bütün ulduz kateqoriyalarıüzrə Wi-Fi daxil olmaqla rəqəmsal hazırlıq və etibarlı bağlantıəlavə üstünlük deyil, əsas keyfiyyət standartı kimi qəbulolunur.
Bağlantı, həmçinin rəqəmsal köçərilərin və uzunmüddətliqonaqların, o cümlədən biznesi istirahətlə birləşdirənziyarətçilərin cəlb edilməsində mühüm rol oynayır. Bu seqmentlərişin, səyahətin və gündəlik həyatın problemsiz şəkildə uzlaşdığıistiqamətləri getdikcə daha çox qiymətləndirirlər”.
O vurğulayıb ki, turizmdə biz təkcə gəliş saylarına baxmırıq.Qalma müddəti və yerli iqtisadiyyata töhfə də uğurun eyni dərəcədəvacib göstəriciləridir.
“Güclü rəqəmsal infrastruktur bu yanaşmanı dəstəkləyir və ilboyudaha balanslı turizm axınının formalaşmasına kömək edir. Bizbağlantını istiqamətin rəqabətqabiliyyətliliyinin, innovasiyanın vədavamlı inkişafın strateji təminatçısı kimi görürük. Bu sahədə realirəliləyiş dövlət və özəl sektorlar arasında sıx əməkdaşlıqdan,eləcə də turizm maraqlı tərəfləri, texnologiya təminatçıları vəinfrastruktur operatorları arasında güclü tərəfdaşlıqlardanasılıdır.
Bu gün Ookla-nın dəstəyi ilə aparılan müzakirələr texnologiya,infrastruktur və turizm strategiyasının uzlaşdırılmasıistiqamətində mühüm addımdır”.