EN

Gərgin dövr başa çatır:Taleh 3 bürcə güləcək

Yanvar ayının son günləri bəzi bürclər üçün uzun müddətdir davam edən gərginliyin sona çatması ilə yadda qalacaq.

Milli.Az həmin bürcləri sizə təqdim edir: 

Buğa

Buğa bürcü üçün iş və maddi sahədə yaşanan sıxıntılar artıq zəifləməyə başlayır. Bir müddətdir hər şey ağır və ləng gedirdisə, indi proseslər daha rahat şəkildə irəliləyəcək.

Bu dövrdə özünüzü daha güvənli hiss edəcək, nəzarətin yenidən əlinizdə olduğunu anlayacaqsınız. Gələcək planları sakit şəkildə gözdən keçirmək üçün uyğun zamandır.

Şir

Şir bürcü nümayəndələri emosional gərginliklə dolu bir mərhələni geridə qoyurlar. Ayın sonuna doğru yaxın çevrənizlə münasibətlərdə istilik artacaq, anlaşılmazlıqlar aradan qalxacaq.

Uzun müddətdir gözlədiyiniz bir insandan müsbət xəbər almaq ehtimalı yüksəkdir. Bu zaman özünüzü ifadə etmək və ön plana çıxmaq üçün əlverişlidir.

Oğlaq

Oğlaq bürcü üçün son dövrlər məsuliyyətin həddindən artıq artması ilə müşayiət olunurdu. Yanvarın sonuna yaxın bu yük azalacaq və gündəlik həyat daha rahat ritmə keçəcək.

Dincəlmək, düşünmək və prioritetləri yenidən müəyyənləşdirmək üçün fürsət yaranacaq. Astroloqlar bu mərhələdə tələsmədən, ölçülü-biçili addımlar atmağı tövsiyə edirlər.

Milli.Az

Chosen
36
1
milli.az

2Sources