Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin dövlət sərhədlərinin və dəniz iqtisadi zonalarının qorunması ilə bağlı MDB müqaviləsindəki iştirakına xitam verən fərman imzalayıb.
Bizim.Media xəbər verir ki, müvafiq sənəd prezidentin rəsmi saytında yerləşdirilib.
Fərmanda Ukraynanın 20 mart 1992-ci ildə Kiyevdə Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlər arasında bağlanmış müqavilədən çıxdığı bildirilir.
Bizim.Media