AZ

Zelenski Ukraynanın MDB-nin sərhədlərlə bağlı müqaviləsindən çıxmasına dair fərman imzaladı

BAKI, 26 yanvar. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın MDB üzv dövlətlərinin dövlət sərhədlərinin və dəniz iqtisadi zonalarının qorunması haqqında müqavilədən çıxması barədə fərman imzalayıb.

Prezidentin saytında dərc olunmuş sənəddə deyilir: "Ukrayna 20 mart 1992-ci ildə Kiyevdə bağlanmış MDB üzv dövlətlərinin sərhədlərinin və dəniz iqtisadi zonalarının qorunması haqqında sazişdən çıxdığını elan edir ".

Ukrayna Xarici İşlər Nazirliyinə bu qərarın razılığı barədə depozitarı məlumatlandırmaq tapşırılıb.

Seçilən
93
1
teleqraf.com

7Mənbələr