Almaniya kansleri Fridrix Merz Minnesota ştatında ABŞ vətəndaşının ICE (İmmiqrasiya və Naturalizasiya Xidməti) agentləri tərəfindən öldürülməsini "narahatedici" adlandırıb.
Turkustan.az xəbər verir ki, Merz Hamburqda keçirilən mətbuat konfransında ABŞ-ın Minnesota ştatında immiqrantları hədəf alan əməliyyatlardan danışıb.
Merz deyib: "Son günlərdə ABŞ-dan gələn xəbərlər həqiqətən narahatedicidir və hər dəfə bir bölgə və ya şəhər təsirlənir. Ümid edirəm ki, Amerika rəsmiləri indi atəş açmağın həqiqətən zəruri olub-olmadığını aydınlaşdıracaqlar."
ABŞ vətəndaşı Aleks Prettini öldürən zabitlərin həqiqətən təhdid altında olub-olmadığını soruşan Merz, "Hər halda, ABŞ-dakı bu qədər zorakılığı narahatedici hesab etdiyimi deməliyəm" dedi.
Aytən Yaşar/ Turkustan.az