EN

Ən çox rast gəlinən xəstəlik qrupları bunlardır

İcbari Tibbi Sığorta (İTS) çərçivəsində tibbi xidmətlərə müraciətlərin strukturu və maliyyə yükü üzrə əsas istiqamətlər müəyyənləşib.Metbuat.az xəbər verir ki, statistik göstəricilər həm dövlət tabeli tibb müəssisələrində, həm də özəl xəstəxanalarda ən çox rast gəlinən diaqnoz qruplarını ortaya qoyur.
Məlumata əsasən, diaqnoz qrupları üzrə ilk 5 xəstəlik kişi və qadınlar arasında müəyyən fərqlərlə müşahidə olunur.Kişilər arasında ən çox qeydə alınan xəstəliklər sırasında qan dövranı sistemi xəstəlikləri ilk yerdə qərarlaşıb. Onu endokrin sistem xəstəlikləri, tənəffüs orqanlarının xəstəlikləri, həzm sistemi problemləri və sidik-cinsiyyət sistemi xəstəlikləri izləyir.Qadınlar arasında isə prioritetlər bir qədər fərqlidir. Statistikaya görə, qadınlarda daha çox endokrin sistem xəstəlikləri müşahidə olunur. Ardınca qan dövranı sistemi, həzm sistemi, sidik-cinsiyyət sistemi və sümük-əzələ sistemi və birləşdirici toxuma xəstəlikləri gəlir.Ödənişlər üzrə təhlillər də diqqətçəkən məqamları üzə çıxarır. TƏBİB tabeli tibb müəssisələrində ödəniş həcminə görə ilk 5 diaqnoz qrupu arasında qan dövranı sistemi xəstəlikləri yenə lider mövqedədir. Sonrakı yerləri həzm sistemi, endokrin və maddələr mübadiləsi pozuntuları, tənəffüs sistemi xəstəlikləri və sidik-cinsiyyət sistemi xəstəlikləri tutur.

Özəl xəstəxanalarda isə ödəniş strukturunda fərqli mənzərə müşahidə olunur. Burada da qan dövranı sistemi xəstəlikləri ilk sıradadır. Lakin ikinci yerdə göz və gözün əlavə aparatının xəstəlikləri qərarlaşıb. Ardınca sümük-əzələ sistemi və birləşdirici toxuma xəstəlikləri, sidik-cinsiyyət sistemi problemləri və həzm sistemi xəstəlikləri gəlir.

Chosen
68
2
metbuat.az

3Sources