EN

“Mehdiyev müxalifəti”inin hay həşiri

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

İstər Rusiya işğalı zamanı, istərsə ondan əvvəl Azərbaycanın Ukraynaya münasibəti xüsusi önəm daşıyıb. 

GUAM-da olan birgə fəaliyyət, işğal müddətində göstərilən humanitar yardımlar iki ölkənin strateji dost münasibətinin əsas göstəricilərindən hesab olunub. Ona görə də Ukraynanın azadlığını müdafiə edən bir media resursunda Azərbaycanla bağlı qərəzli materialın yer alması xoş təəssürat yaratmır. 

Ukraynanın ingilisdilli “Kyiv Post” media resursunda Azərbaycanla bağlı reallıqların deyil, ictimai-siyasi proseslərin qeyri-obyektiv təqdim edilərək, oxucu kütləsinə çatdırılması  təəssüf doğuran haldır.

Ukrayna mediasından fərqli olaraq, Azərbaycan mediası isə hər zaman Ukraynada baş verən proseslərə obyektiv yanaşma sərgiləyib və qeyri-obyektivliyə yol verməyib. Bütün dövrlərdə media resurslarımız tərəfindən Ukraynada baş verənlər diqqətlə izlənilib, hazırlanan xəbərlərdə ölkənin haqq işi müdafiə olunub, ərazi bütövlüyünə xələl gələcək ifadələrdən kənar qaçılıb. 

Ukraynanın ingilisdilli nəşri olan "Kyiv Post"  isə AXCP-nin hazırda həbsdə olan sədri Əli Kərimliyə sual ünvanlayaraq, onun həyat yoldaşı Samara Seyidovadan geniş bir müsahibə yayımlayaraq, reallıqların deyil, şəxsi mövqenin dərci ilə obyektivlikdən uzaq düşüb.  

Əli Kərimliyə qarşı irəli sürülən ittihamların nələrdən ibarət olması Azərbaycanda da, beynəlxalq aləmdə də hər kəsə bəllidir. Hamı bilir ki, AXCP sədrinə qarşı Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. 

Bu ittihamın nədən qaynaqlandığı, kimlərlə işbirliyinə dayandığı, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bərabər qurulan planın uğursuzluğu da kimsəyə sirr deyil. Ramiz Mehdiyev isə Rusiyanın emissarı kimi ölkədə “5-ci kolon”un əsas rəhbəri olub. Onunla işbirliyində olanlar bu gün də axtarışdadır. 

Təbii ki, araşdırılmalı digər məsələləri də istintaq araşdırıb üzə çıxaracaq.  Amma Əli Kərimlinin həbsi ilə bağlı beynəlxaq ictimaiyyət yanlış informasiya yayımlanması ilə onun həbsinin motivini təhrfi etmək yolverilməzdir. 

Bu həbsə xüsusi don geyindirməyə çalışmaq, “siyasi məhbus” termini kimi aldadıcı fikirlərin təlqini, yaxud Ukraynadakı müharibədə Avropa tərəfdaşı kimi tanıtmaq cəhdi təkcə ictimai rəyə oynamaq deyil, həm də gedən o qatarın arxasınca baxmaqdır. 

Burada xüsusi xatırlanmalı məqamlardan biri də Əli Kərimliyə qarşı bu ittihamların müxtəlif zamanlarda, vaxtilə onunla eyni düşərgəni bölüşənlərin səsləndirməsinidir. Rəsmi formada hüquqi prosedur olaraq yeni olsa da, ictimai rəydə bu ittihamlar illərlə müxtəlif tribunlardan tirajlanıb. Siyasi kluarlarda və tədbirlərdə, ictimai fikirdə də bu ittihamlar müxtəlif formalarda dəfələrlə deyilib, yazılıb. 

Ümumiyyətlə, Azərbaycanın siyasi arenasında Əli Kərimliyə münasibət heç bir zaman birmənalı olmayıb. O, özünü real müxalifət hesab etsə də, böyük çoxluq ictimai rəydə onu həmişə Ramiz Mehdiyevin müxalifəti hesab edib.  

Atdığı bütün addımların, istər müxalifətə, istərsə də hakimiyyətə qarşı qurduğu bütün planların arxasında Mehdiyev izi görünüb. Onun bu planları Mehdiyevin təlimatıyla, onun ssenarisinə uyğun həyata keçirdiyi haqqında fikirlər səsləndirilib. Hətta razılaşdırılmamış etiraz aksiyalarının da təşəbbüskar və təşkilatçısının Mehiyev olduğu ilə bağlı da dəfələrlə mətbuatda fikirlər deyilib. Bu mitinq oyununda Kərimlinin sadəcə icraçı funksiyasında olduğu bildirilib.  

2019-cu ildə, yəni Ramiz Mehdiyev Prezident Administrasiyasındakı vəzifəsindən uzaqlaşdırılandan sonra mitinq oyunları də  finişə çatdı. O zamandan sonra Əli Kərimli bir dəfə də olsun kütləvi aksiya keçirmək niyyətinə düşmədi. 

Bununla da öz fəaliyyəti ilə boyuna biçilmiş “Mehdiyev müxalifəti”  obrazının təsdiqi bir daha üzə çıxdı. 

Məlum çevriliş qəsdinin üstü açıldıqdan sonra Əli Kərimli bütün gücü ilə bu obrazda olmadığını iddia etsə də, cəmiyyət buna inanmadı. Danışdıqları isə həqiqət yox, prosesdən yayınmağa göstərilən cəhd kimi qəbul edildi. 

Ona görə də Ukraynanın ingilisdilli “Kyiv Post” media resursunun Azərbaycandakı mövcud ictimai rəyə yox, qeyri-obyektivliyin təqdimatına üstünlük verməsi  xoş olmayan münasibət və özünün ingilisdilli oxucularına yanlış məlumat ötürməsidir. 

Onu da qeyd edək ki, bu nəşrin qərəzli materialını kimlərin oxuyacağını, oxuyanın hansı nəticə çıxaracağını deyə bilməsək də, onu bilirik ki, Əli Kərimli üçün də, müxalifəti olduğu “Mehdiyev klanı” üçün də qatar çoxdan gedib...

Süleyman Yusif

"Cebheinfo.az"

Açar sözlər:

Ramiz Mehdiyev Əli Kərimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
1
cebheinfo.az

2Sources