İspaniya La Liqasında “Barselona”nın “Ovyedo” ilə ev oyununda stadionla bağlı narahatedici məqamlar üzə çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, yağışlı hava şəraitində tribunada əyləşən azarkeşlər çətir açmağa məcbur qalıblar.
Bu vəziyyət ölkə mediasında ciddi tənqidlərə səbəb olub. Belə ki, “Kamp Nou”nun yenidənqurulması üçün 800 milyon avro vəsait xərclənib və Kataloniya klubu uzun müddət arenasından istifadə edə bilməyib. Buna baxmayaraq, yağış zamanı suyun tribunaya axması təmir işlərinin keyfiyyəti ilə bağlı suallar yaradıb.
Qeyd edək ki, 1957-ci ildə tikilən “Kamp Nou” UEFA-nın 4-cü – ən prestijli stadion kateqoriyasına daxildir. Stadion Avropa və dünya çempionatlarının, eləcə də 1992-ci il Barselona Olimpiadasının futbol turnirinin oyunlarını, o cümlədən final görüşünü qəbul edib.